AZ

Tacikistan Rusiyadan narazılığını bildirib

Xarici İşlər Nazirliyində Rusiyanın Tacikistandakı səfiri S.Qriqoryev ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş iki ölkə arasında müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi və genişləndirilməsi məsələlərinə, ikitərəfli və çoxtərəfli formatda qarşıda duran siyasi tədbirlərə həsr olunub.

Görüş zamanı Tacikistan Respublikası vətəndaşlarının son bir neçə həftə ərzində Rusiya Federasiyasının dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinliklər də müzakirə olunub. Səfir Tacikistan vətəndaşlarının Rusiyaya daxil olmaqdan imtinası ilə bağlı geniş yayılmış əsassız hallar barədə Tacikistan tərəfinin diqqətinə çatdırılıb.

Seçilən
137
24
Mənbələr
Şərh ()
Bağla