AZ

Məhkəmə cəriməni ödəmədiyi üçün Kirkorovu cərimələyib

Rusiyalı müğənni Filipp Kirkorov cəriməni ödəmədiyi üçün 6 min rubl cərimələnib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Moskvanın Taqanski Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, müğənni cinayət məcəlləsinin 1-ci hissəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib.

Agentlik vurğulayır ki, bu barədə qərarı 371 saylı məhkəmənin hakimi qəbul edib. Məhkəmə, ödənilməmiş inzibati cərimənin iki misli miqdarında - 6 min rubl məbləğində inzibati cərimə şəklində cəza təyin edib.

...Bundan əvvəl xəbər verilmişdi ki, Moskvanın Tverskoy Rayon Məhkəməsi bloger və teleaparıcı Anastasiya İvleyevanı Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə təqsirli bilib.

Ona maddədə nəzərdə tutulmuş maksimum cərimə - 50 min rubl verilib.

Nazlı

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla