AZ

Hidayət Heydərov: “Tarixlər hələ qabaqdadır”

“Bütün görüşlərim çətin keçdi. Qarşılaşmalara maksimum fokus olmuşdum”.

İdman.biz xəbər verir ki, bunu Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) deyib.

4-cü dəfə qitə çempionu olan Hidayət növbəti hədəfinin dünya çempionatı və Paris-2024 Yay Olimpiya Oyunları olduğunu bildirib: “Burada tarix yazdım və 4-cü dəfə Avropa çempionu oldum. Bu son deyil. Tarixlər hələ qabaqdadır. Qarşıda Dünya və Yay Olimpiya Oyunlarında mübarizə var. Hər iki yarışda çempion olub, adımı qızıl həriflərlə yazdırmaq arzusundayam. Düzdür, təzyiqlər çoxdur. Hamı məni lider kimi görür və bu, insanı istər-istəməz arxayınlaşdıra bilər. Ən əsası ruhən hazır olmaq lazımdır. Çünki yalnız lider olmaq deyil, həm də liderliyi qoruyub saxlamaq lazımdır. Finala fərqli hazırlaşmışdım. Qarşıma məqsəd qoymuşdum ki, daha çox hücum edəcəm. İlk görüşlərdə çox fənd işlətdiyim üçün fiziki güc itirmişdim. Finalda yorulsam belə, xarakter nümayiş etdirdim. Məqsədlər çoxdur. Avropa, dünya və Olimpiadalarda uğur qazanmaq istəyirəm. Qələbimi bütün Azərbaycana həsr edirəm”.

Qeyd edək ki, Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu olmaqla, Azərbaycan cüdosunda rekorda imza atıb.

İdman.biz

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla