AZ

Şahruddin “Qalatasaray”a qarşı 90 dəqiqə oynadı, 3 qol buraxdı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 34-cü tur çərçivəsində lider “Qalatasaray”la qarşılaşıb.

Şahruddinin komandası doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək sonadək mübarizə aparıb. O, ilk hissədə qapısını toxunulmaz saxlasa da, fasilədən sonra (53, 64 və 90+1-ci dəqiqələrdə) 3 qola üzülüb.

“Adana Dəmirspor” bu nəticədən sonra 41 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Qalatasaray” isə 93 xalla zirvədə qərarlaşıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 22 matça çıxıb, 32 qol buraxıb, 4 “quru” matç keçirib.

Qeyd edək ki, Super Liqada 34-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
34-cü tur
27 aprel

17:00. Kasımpaşa – Samsunspor
17:00. Sivasspor – Konyaspor
20:00. Fənərbaxça – Beşiktaş
20:00. Hatayspor – Başakşəhər

28 aprel

17:00. Alanyaspor – İstanbulspor
17:00. Pendikspor – Kayserispor
20:00. Rizəspor – Ankaragücü
20:00. Trabzonspor – Qaziantep

29 aprel

21:00. Fatih Karagümrük – Antalyaspor

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla