AZ

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Cənubi Qafqazda sülhün və sabitliyin qorunması təkcə region üçün deyil, demək olar ki, hətta bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərtac-a müsahibəsində bildirib.

"Bu yer həm enerji, həm logistika, həm də əlbəttə ki, geosiyasi baxımdan olduqca mühüm regiondur. Azərbaycan bu gün də öz suverenliyini sarsılmaz şəkildə qoruyub saxlayır, o cümlədən Rusiyanın simasında qonşuları və tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlər qurmağa davam edir.

Ölkələrimizin prezidentlərini təkcə qarşılıqlı etimad və mövcud problem və vəzifələrin ümumi anlaşılması deyil, həm də ümumi fəaliyyət strategiyası birləşdirir. Məsələn, həm Rusiya, həm də Azərbaycan Cənubi Qafqazda “xarici oyunçuların” sabitliyi pozan hərbi-siyasi mövcudluğunu qəbul etməməkdə yekdildirlər. Prezident İlham Əliyev Kremldə keçirilən görüşdə Rusiyanı həm Qafqazda regional təhlükəsizlik, həm də daha geniş coğrafiya baxımından əsas ölkə adlandırıb, bu gün bir çox məsələlərin ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən asılı olduğunu vurğulayıb", - D.Savelyev qeyd edib.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla