AZ

Tacikistan Rusiyadan narazılığını BİLDİRDİ

26 aprel 2024-cü il tarixində Xarici İşlər Nazirliyində Rusiyanın Tacikistandakı səfiri S.Qriqoryev ilə görüş keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş iki ölkə arasında müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərinə, ikitərəfli və çoxtərəfli formatda qarşıda duran siyasi tədbirlərə həsr olunub.

Görüş zamanı Tacikistan vətəndaşlarının son bir neçə həftə ərzində Rusiya Federasiyasının dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinliklər də müzakirə olunub.

Səfir Tacikistan vətəndaşlarının Rusiyaya daxil olmaqdan imtinası ilə bağlı geniş yayılmış əsassız hallar barədə Tacikistan tərəfinin diqqətinə çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
142
24
Mənbələr
Şərh ()
Bağla