AZ

Co Bayden ABŞ-ın Ukraynaya silah yardımının çatacağı tarixi açıqladı

ABŞ prezidenti Co Bayden aprelin 26-da X sosial şəbəkəsində ABŞ-ın tezliklə Ukraynaya hərbi yardım göndərməyə başlayacağını açıqlayıb: “Çərşənbə günü səhər tezdən [24 aprel] masamın üzərinə milli təhlükəsizlik paketi gəldi.

Günortadan əvvəl mən qanunvericiliyə imza atdım. Və bu həftə biz Rusiyanın bombardmanlarından müdafiə olunan Ukraynaya silah və texnika göndəririk”, – Bayden yazıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla