AZ

BƏƏ-nin ADNOC şirkəti “Abşeron” qaz yatağının işlənməsi layihəsində Fransanın “TotalEnergies” şirkətindən 15% pay alıb

Birləşmiş Ərəb Əmirliyinin ADNOC şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsinin səhmdarlarından birinə çevrilib. BƏƏ şirkəti Fransanın “TotalEnergies” şirkətindən 15% pay alıb və eyni sayda səhmi SOCAR-a satıb.

“ADNOC-a SOCAR və “TotalEnergies” tərəfindən layihədəki 15% payın satışı üzrə sövdələşmə bu ilin fevralında bağlanıb. ADNOC-in payı isə- 30% təşkil edəcək.

Xatırladaq ki, “Abşeron” yatağındakı payın satışı ilə bağlı müqavilə tərəflər arasında ötən yayın sonunda imzalanıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla