AZ

Azərbaycanlı şahmatçıların duelində Ülviyyə güclü olub

Qadın şahmatçılar arasında Avropa çempionatı 7-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, Rodos adasında keçirilən yarışda tur azərbaycanlı şahmatçıların dueli kimi yadda qalıb.

Çempionatın lideri Ülviyyə Fətəliyeva Gövhər Beydullayevanı məğlub edərək, mövqeyini qoruyub. O, ən yaxın izləyicisini yarım xal qabaqlayır.

Ümumilikdə şahmatçılarımız günü 5 qələbə və 2 heç-heçə ilə başa vurublar. Yalnız iki görüşdə rəqiblər qalib gəliblər.

Avropa çempionatı, Qadınlar
VI tur, 25 aprel

Gövhər Beydullayeva – Ülviyyə Fətəliyeva – 0:1
Günay Məmmədzadə – Beloslava Krasteva (Bolqarıstan) – 1:0
Marsel Yefroimski (İsrail) – Xanım Balacayeva – 0:1
Nataliya Buksa (Ukrayna) – Səbina İbrahimova – 1:0
İnes Prado Açebo (İspaniya) – Gülnar Məmmədova – 0,5:0,5
Ləman Hacıyeva – Lao Yan (İngiltərə) – 0:1
Nərmin Abdinova – Zala Urh (Sloveniya) – 1:0
Marqaret Olde (Estoniya) – Səbinə Rzalı – 0,5:0,5
Ayan Allahverdiyeva – Anjelika Volkova (Ukrayna) – 1:0

Xal durumu: 1. Ülviyyə Fətəliyeva – 6,5, 5. Günay Məmmədzadə - 5,5, 8. Xanım Balacayeva - 4,5, 13. Gövhər Beydullayeva - 5, 39. Səbinə İbrahimova - 4,5, 61. Gülnar Məmmədova - 4, 76. Nərmin Abdinova – 4, 89. Səbina Rzalı - 3,5, 92. Ayan Allahverdiyeva - 3,5, 120. Ləman Hacıyeva - 3.

İdman.biz

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla