AZ

Ərazi sularının qorunması üçün iki patrul kateri göndərilib

Estoniya Ukraynaya iki patrul kateri göndərib. “Report” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Estoniya Danimarka ilə razılaşdırılaraq iki patrul katerinin Ukraynaya təhvil verildiyini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu, mühüm əhəmiyyətli dəniz xətlərinin təhlükəsizliyini təmin edəcək və Ukraynanın ərazi sularını qoruyacaq.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla