AZ

“Neftçi”dən ayrılacağı deyilən adam danışdı: “Bu, normaldır”

“Neftçi”nin legioneri Yuri Matiasın Rumıniya mətbuatına verdiyi açıqlama narahatlığa səbəb olub.

Braziliyalı müdafiəçi “Prosport”un əməkdaşı ilə söhbətdə bunları deyib:

"Son xəbərləri oxuyuram, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür.

Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım.

Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, "ÇFR Kluj" yenidən güclü olacaq.

Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram.

Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var".

Yurinin dediklərindən Rumıniyaya qayıtmaqda həvəsli olduğunu anlamaq çətin deyil. “Fürsət düşsə, əlbəttə ki, ora qayıdardım” deməsi ilə “dəvət etsələr, gələrəm” ifadəsi arasında ciddi fərq yoxdur.

Səbəbkar Sportinfo.az-a verdiyi açıqlamada səsləndirdiyi fikirlərin düzgün tərcümə olunmadığını bildirib:

“Azərbaycanda ilk olaraq kim o xəbəri yazıbsa, düzgün tərcümə etməyib. Sonra da digərləri yazıb.

Son bir ayda adım “ÇFR Kluj”la və digər Rumıniya klubları ilə çox hallanır. Bu da normaldır.

Çünki Rumıniyada uğurlu futbolçulardan olmuşam, çempion olmuşam. Buna görə də məni xatırlayırlar.

Müsahibədə mənə nə vaxtsa “ÇFR Kluj”a qayıtmağımın mümkünlüyü ilə bağlı sual verilmişdi. Mən də cavabında qapını açıq saxladığımı, nə vaxtsa mümkün ola biləcəyini bildirmişəm.

Eyni sözlər “Neftçi”yə də aiddir. Sabah “Neftçi”dən getsəm və mənə eyni sualı versələr, məhz bu cür cavablandıraram ki, nə vaxtsa imkanım olsa qayıdaram”.

HƏBİB

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla