AZ

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

TBMM-in

Şuşa, 26 aprel, T.Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərini ziyarət etdikdən sonra Şuşaya gəlmişik. Azərbaycanın mədəniyyət paytaxtı olmuş Şuşa həqiqətən özünün dəyərləri ilə, mədəniyyəti ilə çox fərqli bir yerdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvü Mustafa Canbəy deyib.

“Şuşada sürətli inşaat işləri həyata keçirilir. Qarşıdakı illərdə bura daha da canlanacaq. Şuşada azərbaycanlı qardaşlarımızla, xüsusən Türk dövlətlərinin nümayəndələri ilə bir yerdə olmaqdan çox məmnunam”, – deyə o bildirib.

Qeyd edək ki, Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri bu gün Xankəndi və Şuşaya səfər ediblər.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla