AZ

Qızılca olan uşağı niyə qızıl suyunda çimizdiridilər? - Xalq təbabətinin sirləri

Keçmişdə qızılca və məxmərək səpkisi olan uşaqları qızıl suyu ilə çimizdirirdilər.

İnsanların həkimə, iynəyə dərmana əllərinin çatmadığı bir zamanda xalq təbabətində müxtəlif bitkilərlər, üsullarla xəstəliklərin müalicəsi tapılmışdı.

Bəs görəsən qızıl suyu ilə çimizdirmək nəyə əsasən edilib?

Hit.az-ın sualını cavablandıran fitoterapevt Yasəmən Əliyeva bildirib ki, qızıl və gümüş ionlarının antibakterial xüsusiyyəti olması lap qədimlərdən insanlara məlum olub. Gümüş ionları kişi, qızıl ionları isə qadın orqanizmi üçün daha faydalıdır. İslam aləmində qızılın kişilərə haram edilməsinin səbəbi də budur. Üzərində çox qızıl gəzdirən kişi cinsi gücünü itirir, gümüşə çox aludəçilik də qadınların eyni qaydada cinsi məhsuldarlığını azaldır.
Qızılı və gümüşü suya atıb, o sudan sonra içərək  insanlar güclənəcəklərinə, şəfa tapacaqlarına inanırdılar.

"Qızılca və məxmirək səpən uşaqların qızıl suyu ilə çimizdirilməsi bir növ antiseptik xarakter daşıyırdı və müğəəyən mənada kömək edir. Rusiyada orqanizmin mikroblardan qorunması üçün şam ağazının budaqlarından və qozalarından istifadə olunur və bu öz elmi təsdiqini tapıb", deyə o qeyd edib.

Murad

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla