AZ

Fransa millisinin üzvü "Real"da qalmağa qərar verdi

Fransa millisinin müdafiəçisi Ferland Mendi "Real"da qalacaq.

Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 28 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

2025-ci il iyunun 30-na qədər "Real"a məxsus olan Mendi özü də, iş yerini dəyişmək haqda düşünmür.

Yeni müqaviləyə əsasən o, 2028-ci ilə qədər İspaniya nəhənginin şərəfini qoruyacaq.

"Havr", "Lion" klublarında oynamış Ferland 2019-cu ildə "Real"a keçib.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla