AZ

Şağanda yağış yağmasa da palçıq əlindən keçilməz olan ərazilərVİDEO

Küçələr, evlərin zirzəmiləri, həyətlər, hətta yüksək gərginlikli elektrik dirəklərinin basdırıldığı səkilər belə qrunt suları ilə dolub-daşır.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xəzər rayonu Şağan qəsəbəsindəndir.

Sakinlər deyir ki, ilin bütün fəsillərində bu ərazidə vəziyyət eynidir.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, problemin həlli ilə əlaqədar "Azərsu" ASC-yə müraciət ünvanlanıb.

Şağan qəsəbəsində qrunt sularının kənarlaşdırılması məqsədilə tədbirlər həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür.

Qeyd olunanları nəzərə alaraq, qəsəbədə kanalizasiya sisteminin inşası işlərinin icrası Cəmiyyətin tədbirlər planına uyğun olaraq həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
70
3
Mənbələr
Şərh ()
Bağla