AZ

"Artistlərimiz açıq-saçıq geyimləri ilə min hoqqadan çıxır,gənclərimiz də..." - Novella Cəfəroğlu

Sosial şəbəkədə açıq-saçıq geyinən bir qızın alış-veriş edərkən geyiminə görə mağazadan qovulduğunu əks etdirən video yayılıb. Görüntü artıq iki gündür ki, müzakirələrə səbəb olub.
Bəs görən, bir qadını geyiminə görə ictimai yerdə aşağılamaq nə qədər doğrudur?
Bakupost.az -ın sualını Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novelle Cəfəroğlu cavablandırıb: “Hər bir insanın özünün geyinmək hüququ var. Geyim məsələsi qadının özündən, ailəsindən asılıdır. Burda qızı mağazadan qovmaqla iş bitmir. Məsələ ondadır ki, televiziyalarda artistlərimiz açıq-saçıq geyimləri ilə min hoqqadan çıxırlar. Bizim gənclərimiz də bunu onlardan götürürlər. Amma ailələrdə tərbiyə məsələsi qaldırılmalıdır və mentalitetimizə uyğun geyinmək lazımdır. Bu gün cəmiyyət elə bir vəziyyətdədir ki, geyimə görə boşanmalar artır, ərlə arvadın sözü çəp gəlir. Ailələrin çoxunda qızlar özlərini sərbəst aparmaq istəyirlər. Bunun üçün də bu məsələlər ailə daxilində həll olunmalıdır. Geyiminə görə qızı ictimai yerdən qovmağa heç kimin haqqı yoxdur.
Seçilən
97
2
Mənbələr
Şərh ()
Bağla