AZ

Tarixi nailiyyət: Azərbaycan cüdosunda yeni rekord

Bakı. Trend:

Hidayət Heydərov (73 kq) Azərbaycan cüdosunda yeni rekorda imzaatıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, o, 4-cü dəfə Avropa çempionu tiltulunayiyələnib.

Hidayət Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən növbəti Avropaçempionatında bütün rəqiblərindən güclü olub. İlk dəfə 2017-ci ildəVarşavada qitə çempionu olan Heydərov son 3 turnirdə də fəxrikürsünün ən yüksək pilləsində yer alıb. Zaqrebdən əvvəl o, Sofiya(2022) və Monpelye (2023) yarışlarında 1-ci yeri tutub.

Qeyd edək ki, Elçin İsmayılovin hesabında 3 dəfə qitə çempionutitulu var.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla