AZ

Ukraynanın baş naziri ölkənin enerji sistemindəki çətin vəziyyəti açıqlayıb

Ukrayna hakimiyyəti gecə-gündüz təmir işlərinə baxmayaraq, ölkənin enerji sistemində dəyən ziyanı aradan qaldıra bilmir.

Bu barədə baş nazir Denis Şmıqal məlumat verib.

“Enerji sektorunda vəziyyət ağır olaraq qalır. 24/7 təmirə baxmayaraq, enerji sistemində əhəmiyyətli çatışmazlıq var”, o, Teleqram kanalında yazıb.

Şmıqala görə, Ukraynanın enerji sisteminə külli miqdarda ziyan dəyib, onu “bir neçə həftə, hətta aylar ərzində” bərpa etmək mümkün deyil. O, həmçinin ölkə vətəndaşlarını elektrik enerjisinə qənaət etməyə çağırıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla