AZ

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ - VİDEOMÜSAHİBƏ

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanla Almaniya arasında siyasi və iqtisadi münasibətlər dinamik inkişaf edir.

"Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir. Rəqəmlər də göstərir ki, iki ölkə arasında münasibətlər inkişaf edir. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir edəcək", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla