AZ

Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi

Estetik uzman Selin Yalın bir müddətdir münasibətdə olduğu şəxs tərəfindən Kartaldakı lüks mənzilində güllələnərək öldürülüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Selinin sevgilisi - tikinti şirkəti sahibi Ömər Öktem qətldən sonra qadının ailəsinə zəng edərək onun intihar etdiyini bildirib.

Polis tərəfindən saxlanılan Ö.Öktem daha sonra qətl törətdiyini etiraf edib.

Məlum olub ki, qətlə yetirilən Selin Yalın məşhur müğənni Yalının qohumudur.

Maltəpə Mərkəz Məscidində qılınan cənazə namazından sonra Selin Yalının "Başıbüyük" qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.

Məşhur müğənni Yalın onun cənazə namazına qatılmayıb.

Seçilən
91
2
Mənbələr
Şərh ()
Bağla