AZ

Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu

Bakı. Trend:

Cüdo üzrə Avropa çempionatı davam edir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilənyarışın ikinci günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyəçıxıb.

Onlardan üçqat Avropa çempionu Hidayət Heydərovu növbəti dəfəAvropa çempionatının qalibi olub.

Kişilər
73 kq

Hidayət Heydərov ikinci mərhələdən tatamiyə çıxıb. O, İndritKalhacla (Albaniya) qarşılaşıb və qələbə qazanıb. Üçqat Avropaçempionumuz 1/8 finalda portuqaliyalı Otari Kvantidzeni də məğlubedib. Cüdoçumuz üçüncü qarşılaşmasında komanda yoldaşına qalibgələn Ruslan Qoluvaçovla (AİN) münasibətinə aydınlıq gətirib vərevanşla yarımfinala vəsiqə qazanıb. Heydərov bu mərhələdə AdilOsmanovdan (Moldova) da üstün olub. Hidayət 4-cü çempionluq uğrundaDanil Lavrentyevlə gücünü yoxlayıb. Gərgin keçən görüşdə qalibəlavə vaxtda bəlli olub. Danilin 3-cü cərimə xalını almasıHidayətin çempionluğu ilə nəticələnib.

İlk mərhələdən azad olan Rəşid Məmmədəliyev Coşua Qrini(İrlandiya) mübarizədən kənarlaşdırıb. O, növbəti görüşündə RuslanQoluvaçova (AİN) uduzub.

81 kq

Zelim Tçkayev startda Maksim Triquba (İrlandiya) məğlub olaraqçempionatla erkən vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündən sonra millimizin hesabındabir medal var. Balabəy Ağayev 60 kq çəkidə gümüş qazanıb.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla