AZ

“As İnşaat” müqaviləsiz işçi işlədib?

“As İnşaat” MMC 25 000 manat cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati iş başlanıb. 
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsində göndərilib. 

192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla