Bakıda metrolardan birində qəribə hərəkətlər edən sərnişin görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, şalvarın üzərindən ətək geyinən orta yaşlı kişi qışqıraraq öz-özünə danışıb və müxtəlif əl-qol hərəkətləri nümayiş etdirib. Bu zaman qatarda olan digər sərnişinlər ona reaksiya verməyiblər.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sərnişinin müharibə iştirakçısı olduğunu iddia ediblər.
Nərmin