AZ

Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Nərimanovda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının əməkdaşları, Nərimanov rayonunda yerləşən qurumların rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər iştirak etmişdir. 

Aksiya çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nərimanov rayonunda yerləşən Nərimanov Bələdiyyəsi Parkının ərazisində 101 şam ağacı əkilmişdir. Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
 

Seçilən
45
20
Mənbələr
Şərh ()
Bağla