AZ

Milandan Münhenə

“Bayern” “Milan”ın iki oyunçusuna müştəri düşüb. Münhenlilər Mayk Menyan və Teo Ernandesi heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Almaniya klubu fansalı qapıçını Manuel Noyerə layiqli əvəzedici qismində görür. Teo isə “Real”a satılacaq sol cinah müdafiəçisi Alfonso Devisi əvəzləyəcək.

Amma yayda bu cütlüyün klubu dəyişməsi üçün “Milan” 200 milyon avro tələb edir. “Bayern” endirimə nail ola bilməsə, transferlərdən vaz keçəcək. Münhenlilər daha çox Teonun keçidində israr edir.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla