AZ

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

2024-cü ilaprelin 26-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında “ Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonunun ictimai- siyasi həyatında fəal iştirak edən gənclər çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həll edici rol oynadığı vurğulanmışdır. Daha sonra  zəngin Heydər Əliyev irsinin davamçısı müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olan İlham Əliyevin üzaqgörən və düşünülmüş siyasətindən söhbət açılmışdır.

”Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib olmuş ,vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır! ” - deyə qeyd edilmişdir.
Dəyirmi masa diskussiya şəklində davam etmidir.

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla