AZ

Bakıda “Ford Mustangla” avtoxuliqanlıq edən daha bir sürücü - 99-NE-333 - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə  aprelin 25-i axşam saatlarında Rəşid Behbudov küçəsində qeydə alınıb. Hərəkətdə olan 99-NE-333 dövlət nömrə nişanlı “Ford Mustang” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, o, hərəkətdə olduğu zolaqdan əks istiqamətli yola çıxıb və “sağ-sol” edərək “şou” göstərib. Bununla kifayətlənməyən sürücü 180 dərəcə fırlanaraq “drift” edib. 
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücüylə bağlı ötən il də saytımızda xəbər dərc olunub. 

Nərmin

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla