AZ

Putin Bakıda doğulan şəxsin yenidən Peterburqun qubernatoru vəzifəsinə namizədliyini dəstəkləyib

Aleksandr Beqlov Sankt-Peterburq qubernatorluğuna seçkilərdə iştirak etmək qərarına gəldiyini açıqlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Beqlov prezident Vladimir Putinin onun namizəd olmaq niyyətini dəstəklədiyini söyləyib.

Kreml Putinin bu gün Peterburqda qubernator Aleksandr Beqlovu qəbul etdiyinə dair məlumat yayıb.

Qeyd edək ki, Bakıda doğulan Aleksandr Beqlov 2019-cu ildən Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa rəhbərlik edir. Beqlovdan əvvəl isə Peterburqun qubernatoru Georgi Poltavçenko olub. Poltavçenko da Bakıda doğulub.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla