AZ

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

Bakı, 26 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyənləşdirmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə ixrac potensiallı məhsullar olan badam bağlarında və kartof sahələrində fitosanitar monitorinqlər aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Ağsu rayonunun Növcü kəndində 30 hektar, İsmayıllı rayonunun Xəlilli kəndində 38 hektar badam bağından, habelə Ağsu rayonunun Qaraqoyunlu kəndindəki kartof sahələrindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Bununla yanaşı, yaşıllıq və park sahələrində də monitorinqlər aparılıb.

Monitorinqlər nəticəsində kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə və karantin tətbiq edilməyən fuzarioz çürümə aşkarlanıb.

Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanmış təsərrüfatlarda bitki mühafizəsi tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla