"Bavariya" azarkeşləri baş məşqçi Tomas Tuxelin komandadan getməsini istəmirlər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə tərəfdaşlar "The Athletic"ə açıqlama verib:“Mətbuatda mənfi işıqlandırmaya və zədəli komandadakı kadr vəziyyətinə baxmayaraq, komandanı Çempionlar Liqasının yarımfinalına çıxardı. Unai Emeri və ya Ranqnik kimi namizədlərə hörmətlə yanaşsaq da, bu məşqçilər Tuxellə müqayisə oluna bilməz"