AZ

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıqlayıb.

 

Belə ki, BAİ müstəqilliyin keçmiş SSRİ ölkələrində beş yaşadək uşaqların ölüm səviyyəsinə necə təsir etməsi ilə bağlı infoqrafika təqdim edib.

 

1980-ci ildə 15 ölkə arasında ilk 3 yerin sahibi Tacikistan (130), Türkmənistan (119) və Özbəkistan (118) olub.

 

Siyahıya 1980-ci ildən 2009-cu ilə qədər müvafiq olaraq 130 və 43 ölümlə Tacikistan liderlik edir. Sonrakı illərdə Tacikistanda bu rəqəm 31-ə qədər enir və ikinci yerdə qərarlaşır. 2009-cu ildən 2021-ə qədər birinci yerə isə müvafiq olaraq 43 və 41 ölümlə Türkmənistan sahiblik edir.

 

Azərbaycan isə 1982-ci ildən 109 ölüm faktı ilə sonuncu pillədən 2-ci yerə yüksəlib. 2004-cü ildən 2021-ci ilə qədər bu statistika müvafiq olaraq 52 və 18-ə enir və Azərbaycan 3-cü yerdə qərarlaşır. 

 

2021-ci il məlumatına əsasən siyahı aşağıdakı kimidir:

1.    Türkmənistan       41.4
2.    Tacikistan              31.4
3.    Azərbaycan           18.6
4.    Qırğızıstan             17.4
5.    Moldova                14.2
6.    Özbəkistan            14.1
7.    Ermənistan           10.7
8.    Qazaxıstan            10.3
9.    Gürcüstan             9.5
10.    Ukrayna                 8.2
11.    Rusiya                    5.1
12.    Litva                       3.7
13.    Latviya                   3.3
14.    Belarus                  2.7
15.    Estoniya                 2


Firuzə Əliyeva
 

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla