AZ

ÖFB “Bayern”dən 15 milyon avro tələb edir

Avstriya Futbol İttifaqı (ÖFB) ölkənin milli yığmasının baş məşqçisi Ralf Ranqnik müqabilində “Bayern”dən 15 milyon avro məbləğ tələb edir.

Arena.az bu barədə “Salzburger Nachrichten” dərgisinə istinadən məlumat verir.

Bu məbləğ, Ranqnikin Avstriya yığmasının baş məşqçisi vəzifəsindən erkən ayrılması müqabilində nəzərdə tutulmuş təzminat məbləğidir.

Mənbənin məlumatına görə, ÖFB ölkənin milli komandasını uğurla çalışdıran 65 yaşlı alman mütəxəssislə ayrılmaq istəmir. Bununla belə, qurumun, təzminat haqqını 15 milyon avro məbləğdən 10 milyon avro məbləğə endirməyə hazır olduğu vurğulanır.

Xatırladaq ki, Ranqnik 2022-ci ilin yayından Avstriya yığmasını çalışdırır. Alman mütəxəssisin rəhbərliyi altında Avstriya yığması 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Daha əvvəl mətbuatda, alman mütəxəssisin elə, bu həftədən etibarən “Bayern”in baş məşqçisi vəzifəsinə təyin edilə biləcəyi barədə məlumat yayılmışdı. Eyni zamanda, “Bayern”in Ranqnikin Avstriya yığmasından vaxtından əvvəl ayrılması üçün 2-3 milyon avro məbləğində təzminat ödəməyə ümid etdiyi və buna hazır olduğu bildirilirdi.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla