AZ

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Britaniyada

London, 26 aprel, AZƏRTAC

Böyük Britaniyada dəri xərçənginin ölümcül növlərindən biri olan melanomaya qarşı dünyanın ilk fərdiləşdirilmiş peyvəndinin sınaqları aparılır.

AZƏRTAC xəbər verir ki, 52 yaşlı Stiv Yanq yeni peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biri olub.

London Universitet Kolleci Xəstəxanasının həkimləri bildirib ki, mRNA-4157 adlı peyvəndin tərkibi fərdi xəstəyə uyğun olaraq dəyişdirilir. O, xəstədəki xərçəng xəstəliyinin unikal genetik imzasına uyğunlaşdırılır və orqanizmdə yalnız həmin xərçəng hüceyrələrində olan markerlərə və ya antigenlərə hücum edən zülallar və ya antikorlar yaratmağı kömək göstərir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla