AZ

Lerik RMX-nın şüa diaqnostika həkimi - Akşin Hüseynov

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Lerik Rayon Mərkəzi Xəstəxanasının USM həkimi Akşin Hüseynovu sizə təqdim edirik.

 

Hüseynov Akşin Arifoviç oğlu 1982-ci ildə Rusiya Federasiyası Ulyanovsk şəhərində anadan olub. 1999-2004-cü illərdə Odlar Uurdu Universitetinin tibbi biologiya fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasında funksional diaqnostika üzrə internatura keçib.

 

O, 2007-2009-cu illərdə “Medstar LTD” MMC-də həkim-funksionalist, 2010-2019-ci illərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində şüa-diaqnostika kabinetində USM həkimi, 2019-2021-ci illərdə Lerik Rayon Mərkəzi Xəstəxanasında Konsultativ poliklinika şöbəsinin müdiri, 2021-2022-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ambulator yardım və dispanser müşahidə şöbəsində USM həkimi kimi fəaliyyət göstərib.

2022-ci ildən Lerik Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində şüa diaqnostika həkimi vəzifəsində çalışır.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla