AZ

Sərhəddə delimitasiya bitib - Erməni deputat

Ermənistanın Tavuş və Azərbaycanın Qazax bölgələri arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Armen Xaçatryan "Azatutyun"-a müsahibəsində bildirib.

“Texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı Bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilib. Yəni sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - deyə Xaçatryan qeyd edib.

Aprelin 25-də rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində 20 sərhəd sütununun quraşdırıldığını açıqlayıb. Neçə kilometr ərazinin demarkasiyası rəsmi olaraq göstərilmir. Lakin hakim “Vətəndaş müqaviləsi”nin deputatları qeyd edirlər ki, söhbət 10-12 km-dən gedir.


Telegram kanalımız
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla