AZ

Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar CƏZALANDIRILDI 

Polis yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısını alıb. 

Bizim.Media xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib. 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Seçilən
37
14
Mənbələr
Şərh ()
Bağla