AZ

Tikintimaqnatı bu klubun başına niyə keçib? – HƏR ŞEY BU VİDEODA

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev "ARB24" kanalına müsahibə verib.

1 ildən artıqdır klubun başında yer alan tikinti maqnatı AFFA-nın yeni İcraiyyə Komitəsinin tərkibində yer almamalarına münasibət bildirib:

"AFFA İcrraiyyə Komitəsində özümüz olmaq istəmədik və yaxın gələcək üçün belə bir planımız da yoxdur.

Bizi orda görmək istəmələri çox normaldır. Amma orda olmaq üçün gərək, bizim namizədimiz ola. Klub tərəfindən bizə müraciət olundu, namizədliyimizi irəli sürmədik".

Ehtiram Quliyev federasiyaya müraciət etməmələrinin səbəbini belə açıqlayıb:

"Bunun bir neçə səbəbi var. Əvvəla, biz futbola yeni gəlmişik. Hələ "Turan Tovuz"da görüləcək işlərimiz çoxdur.

Enerjimizi, vaxtımızı əsasən "Turan Tovuz"a ayırmağı daha düzgün hesab edirik. Bu mənada təcrübə toplayacağıq, futbol bilgilərimizi daha artıracağıq.

Klublar Komitəsində şəxsən iştirak edirəm. Bizə İcraiyyə Komitəsinin Klublar Komitəsində alınan qərarlara, fikirlərə münasibət bildirəndə daha diqqətli olacağı deyilib".

O, klubla bağlı uzunmüddət plan işlədiklərini, 5 illik proqramm əsasında çalışdıqlarını bildirib.

Quliyev deyib ki, "Turan"ı təsadüfən himayəsinə götürməyib.

Qarabağ savaşının Azərbaycanın xeyrinə başa çatmasından sonra Turan ideyasının yenidən gündəmə qayıtmasına diqqət çəkib.

Qeyd edib ki, türkdilli ölklərin ümumi simvolu olan bu adın əhəmiyyətinin artmasının qərarına təsirindən söz açıb.

Klubu hər mənada inkişaf etdirmək istədiklərini söyləyib, avrokuboklarda iştirakla bağlı arzularını dilə gətirib.

SPORTİNFO.AZ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla