AZ

Lamin Yamal PSJ-yə keçəcəyi haqda xəbərlərə qarşılıq verdi

“Barselona”nın ispaniyalı sağ vingeri Lamin Yamal son vaxtlar PSJ-yə keçəcəyi haqda yayılmış xəbərlərə möhtəşəm qarşılığı ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Yamal özünün “X” sosial şəbəkə hesabı üzərindən heç bir şərh vermədən, bu şayiələri qəhqəhə smaylları ilə qarşılayıb.

Bununla Yamal PSJ-yə keçəcəyi haqda xəbərlərin cəfəngiyyat olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Fransa nəhənginin qarşıdakı yay transfer pəncərəsində 16 yaşlı futbolçunu 200 milyon avro məbləğə almaq seçimini nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.

Lamin Yamal “Barselona” klubunun öz yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla