Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Armen Xaçatryan "Azatutyun"a müsahibəsində bildirib.
“Texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilib. Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - Xaçatryan qeyd edib.
Zaur
BakuPost