AZ

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi salonuna baxış keçirib.

Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələrlə yaxından tanış olub. Həmin guşələrdə “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”, “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Aqrar islahatların Heydər Əliyev modeli”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “Türk dünyasının yeni lideri”, “Böyük yolun davamçısı”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici və digər dəyərli nəşrlər yer alıb.

Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi əlaqəli sərgidə “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya” və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Zərifə Əliyeva. Biblioqrafiya” (2013), üç dildə “Qaranlığa nur saçan zəka” kitabları nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təşkil olunan sərgidə “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri)”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003)”, “Naxçıvan: tarixi və abidələri”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası: sənədlər və materiallar toplusu (1969-1982-ci illər)” kitabları təqdim olunur.

“Məhəmməd Füzuli – 530” adlı sərgidə böyük şairin “Seçilmiş əsərləri” 3 cilddə, “Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi”, “Füzuli: düşüncə və ruhun poetikası”, “Füzulinin ömür yolu”, “Füzuli qəzəllərinə təxmislər” kitabları yer alıb. “Yaşıl dünya naminə” sərgisində isə “Azərbaycanda aqrar sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”, “Davamlı inkişaf və vahid ekoloji siyasət: Türkiyə - Azərbaycan”, “Ekologiya və davamlı inkişaf”, “Həyəcan təbili”, “Ekologiya və ətraf mühit” və digər kitablar nümayiş edilir.

AMEA prezidenti sərgilərlə tanış olduqdan sonra MEK-in direktoru Hüseyn Hüseynova müvafiq tapşırıqlarını verib.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla