AZ

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadının 10 dəqiqə sonra halı pisləşib.

Allergik reaksiyası olan qadın tualetə gedib. Qayıdandan az sonra sevgilisinə onu görə bilmədiyini deyib.

Hava limanında gözləri qaralmış qadına ilkin tibbi yardım göstərilib. Huşunu itirməmişdən əvvəl ona adrenalin və dərmanlar verilib.

Lakin qadın Palmadakı xəstəxanaya aparılarkən dərhal reanimasiyaya yerləşdirilib və 36 saat orada qalıb. Ailəsi ictimai sağlamlığı riskə atdığı üçün hava limanına qarşı cinayət işi qaldırıb.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla