AZ

Şoyqu hədələdi - “Bütün izlər bizi o ölkəyə aparır”

Bu ilin martında Moskva yaxınlığında yerləşən “Crocus City Hall” konsert zalında baş vermiş terror aktının izləri Ukraynaya aparır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Nazir vurğulayıb ki, bu cinayətdə günahkar olanların hamısı mütləq layiqli cəzalarını alacaqlar.

Martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib, yanğın başlayıb, 144 nəfər həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla