Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 27-də Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər edəcək. Bu barədə Manset.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlamat verilib. O, tədbirdə müzakirəyə çıxarılacaq məsələlərin müzakirəsinə qatılacaq. Səfər aprelin 30-da başa çatacaq.