AZ

“Mançester Siti” Premyer Liqada məğlubiyyətsizliyini sürdürür

Premyer Liqanın 29-cu turunda “Brayton”a qarşı səfər oyununda 4:0 hesablı qələbə “Mançester Siti” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyundan məğlubiyyətsiz ayrılmaqla “şəhərlilər” Premyer Liqadakı məğlubiyyətsiz oyunlar silsiləsini 18 oyuna çatdırıblar.

Sonuncu dəfə Xosep Qvardiolanın yetirmələri İngiltərə Premyer Liqasında “Aston Villa” ilə dekabrın 6-da keçirilmiş 15-ci tur oyununda məğlub olublar – 0:1. O vaxtdan bəri “şəhərlilər” növbəti turlarda 14 qələbə qazanıblar, 4 heçə-heçə ediblər.

İngiltərə Premyer Liqasının liderlər üçlüyü hazırda belə sıralanıb:

34 oyundan 77 xal toplamış “Arsenal” şərti liderdir. “Mançester Siti” isə 33 oyundan 76 xalla şərti olaraq 2-ci pillədə qərarlaşıb və Premyer Liqanın mümkün lideridir. 34 oyundan 74 xal toplamış “Liverpul” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Son turlarda İngiltərə Premyer Liqasının çempionluğu uğrunda mübarizə bu üç kollektiv arasında gedəcək.

Məğlub olmuş “Brayton”a gəlincə, “qağayılar” 33 oyundan 44 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıblar.

Seçilən
13
20
Mənbələr
Şərh ()
Bağla