AZ

Çindən ABŞ-yə mesaj: Rəqib yox, tərəfdaş olmalıyıq

Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinə rəsmi səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-nin Çinin inkişafını müsbət tərəfdən görəcəyinə ümid etdiklərini deyib. Çil lideri iki ölkə arasında qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb. S.Cinpin həmçinin bildirib ki, Çin və ABŞ rəqib yox, tərəfdaş olmalıdır.
"Ümid edirik ki, ABŞ-də Çinin inkişafını müsbət tərəfdən görə bilər. Bu, münasibətlərimizdə əsas problemdir. Köynəyin ilk düyməsi düzgün düymələnməlidir. Çin-ABŞ münasibətlərinin sabitləşməsi, inkişafı və tərəqqisi bundan asılıdır”- deyə o, bildirib.

E.Blinken isə bu gün dünyanın üzləşdiyi problemlərin çoxluğu və mürəkkəbliyinin ABŞ və Çinin birgə işləməsini tələb etdiyini bildirib

"Birləşmiş Ştatlar yeni "soyuq müharibə"yə can atmır. Biz Çinin sistemini dəyişməyə, onun inkişafını boğmağa, ona qarşı ittifaqları canlandırmağa çalışmırıq. İki ölkənin liderlərinin San-Fransiskoda razılaşdıqları kimi, daha çox əməkdaşlığa can atmaqla biz anlaşılmazlıqların və yanlış hesablamaların qarşısını almağı, fikir ayrılıqlarımızı məsuliyyətlə idarə etməyi və ABŞ-Çin münasibətlərinin davamlı inkişafını hədəfləyirik”.

Vasif
BakuPost
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla