AZ

Zəlimxan Məmmədli: "Gürcüstan demokratiya istiqamətində ciddi addımlar atmış dövlətdir"

Gürcüstan postsovet ölkələri içərisində demokratiya istiqamətində ciddi addımlar atmış dövlətdir.


Bu sözləri politoloq Zəlimxan Məmmədli Herbiand.az-a bildirib. O, həmçinin qeyd edib ki, son zamanlar ölkədə baş verən dinc aksiyalar, etirazlar da demokratiyanın təzahürüdür:


 “Bütün hallarda Avropaya inteqrasiya etməyə iddialı və Avropa Birliyinin üzvü olmaq istiqamətində müəyyən addımlar atılıb. Avropanın idarəetmə sistemi isə mərkəzləşmiş bir formadadır. Yəni vahid standart Avropa ilinə daxil olan dövlətlər üçün qəbul olunmasıdır. Bu gün müsahibəsində Tbilisi şəhər meri Kaxa Kaladze qətnamədə qəbul edilən maddələri rədd etdi. Razıyam ki, bəzi maddələr aşırıdır. Bütün hallarda burada bunun qanun layihəsinin əleyhinə  Avropa institutlarının və ABŞ-nin səsləri var. Maddələrin leyhinə və əleyhinə səs verən ölkə içindəki qüvvələr balansı tapmalıdırlar. Konsensusa gəlməlidirlər, qızıl ortanı tapmalıdırlar. Mən gürcüstan əsilli olaraq Gürcüstanın vahidliyində siyasi uzlaşma tapmasını, konsensusa gəlməsini, demokratik inkişafını dəstəkləyirəm.  Güman edirəm ki, kifayət qədər də inkişaf etmiş siyasi münasibətlər sistemi ölkə içində konsensusa gəlinməsinə aparıb çıxardacaq”.


Emin ŞİRVANZADƏ

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla