AZ

"Liverpul" ondan imtina etdi: Bu hərəkəti rəhbərliyin xoşuna gəlməyib

"Liverpul" "Sportinq"in baş məşqçisi Ruben Amorimi komandanın "sükanı arxasına" gətirməkdən imtina edib.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "qırmızılar"ın, Yurgen Kloppu əvəz etmək üçün prioritet namizədi olub. Lakin Premyer Liqa təmsilçisi portuqaliyalı ilə çalışmaq fikrindən əl çəkərək “Feyenoord”un çalışdırıcısı Arne Slota üstünlük verib.

Jurnalist Bruno Andradenin sözlərinə görə, buna səbəb Amorimin hərəkəti olub. Məşqçi ilə "Liverpul" arasında danışıqlar əslində baş tutub. Lakin onlar məşqçinin istədiyi kimi sürətlə hərəkət etməyiblər. Bu zaman Ruben Mersisayd təmsilçisinə təzyiq etmək qərarına gəlib.

O, "Liverpul"u daha qətiyyətli addımlar atmağa sövq edəcəyinə inanaraq "Vest Hem" ilə danışıqlardan təsir vasitəsi kimi istifadə etmək qərarına gəlib. Ancaq hər şey tam əksinə olub. "Qırmızılar"ın rəhbərliyi Amorimin davranışını bəyənməyib və onun namizədliyindən imtina edib.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla