AZ

Rusiyada jurnalist “saxta xəbər”ə görə saxlanılıb


7NEWS.az xəbər verir ki, Baş ofisi ABŞ-da yerləşən iş dünyasının hörmətli jurnallarından biri olan "Forbes”in rusiyalı müxbiri Sergey Mingazov saxlanılıb. Bildirilib ki, "Forbes Russia”da işləyən Mingazov Rusiya ordusu ilə bağlı "saxta” xəbərlərə görə saxlanılıb. Mingəzovun vəkili Konstantin Bubon sosial şəbəkə hesabında verdiyi açıqlamada müvəkkilinin Xabarovskda saxlandığını bildirib. Bubon qeyd edib ki, Mingazovun saxlanma qərarı, müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəbilə verilib.

7NEWS.az
Seçilən
2
Mənbələr
Şərh ()
Bağla