AZ

Polis maarifləndirmə tədbirlərini davam etdirir (VİDEO)

Bakı. Trend:

Xətai rayonu 64 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yoxdeyək”, “Erkən nikahın fəsadları” və “İnsan alveri və qadınzorakılığı cəmiyyətin bəlasıdır” mövzularında görüş keçirilib.

Trend xəbər verir ki, tədbirdə Bakı Şəhər Baş Polis İdarəsininəməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Polis əməkdaşları tərəfindən narkomaniya və psixotrop maddələrinyaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan genişbəhs edilib.

Erkən nikah hallarına, insan alveri və qadın zorakılığına qarşısərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimaiyerlərdə, kütləvi informasiya vasitələrində davamlıizahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsininvacibliyi vurğulanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla