AZ

Xaçmazda "Kitabsevərlər" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba- Xaçmaz Regional Təhsilİdarəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanındoğum günü və “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququgünü” münasibətilə "Kitabsevərlər" adlı tədbir keçirilib.

Zəfər Parkında təşkil olunan tədbirdə Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan PartiyasıXaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-XaçmazRegional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, rayonictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə və gəncləriştirak ediblər.

Tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət rəsmlərvə müxtəlif məzmunlu kitab sərgisi ilə tanış olublar. SərgidəÜmummilli Liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq alimZərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən kitablar vərəsmlər çoxluq təşkil edib. Həmçinin Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmizi özündəəks etdirən rəsm əsərləri iştirakçılar tərəfindən maraqlaizlənilib. Məktəblilər müxtəlif şeirlər səsləndirib, sərgidənümayiş etdirilən kitablardan mütaliə ediblər.

Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və məktəbəqədərtəhsil müəssisələri tərəfindən özündə müxtəlif nağıl qəhrəmanları,şair və yazıçılar haqqında təqdimatları ehtiva edən ədəbi-bədiikompozisiyalar nümayiş olunub. Vətənimizi və Şanlı Zəfərimizitərənnüm edən mahnılar səsləndirilib.
Sonda "Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində Zəfərparkında ağacəkmə aksiyası təşkil olunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla